Gürcüstanın səlahiyyətli orqanı Ermənistan Respublikası Baş Prokurorluğunun vəsatətini təmin edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, axtarışda olan H.G. Ermənistanın səlahiyyətli orqanlarına təhvil verilib.
Qeyd olunub ki, erməni digər şəxslərlə birgə 2019-cu ildən “Telegram” telekommunikasiya proqramında yaradılan və idarə olunan onlayn mağaza-platformalar vasitəsilə xüsusilə külli miqdarda narkotik alış-verişində ittiham olunur.
Ağarza Elçinoğlu