Meksikada Popo-Kate-Petl vulkanı yenidən aktivləşib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kraterdən iki kilometr yüksəkliyə qalxan qatı tüstüyə görə yerli hakimiyyət sarı həyəcan səviyyəsi elan edib. Əhali evakuasiyaya hazırlaşmağa çağırılıb.
Vulkan paytaxt Mexiko şəhərinin cənub-qərbində yerləşir və təxminən 25 milyon insan yüz kilometr radiusda yaşayır. O, 1994-cü ilin püskürməsinə qədər sönmüş vulkan hesab olunurdu, lakin o vaxtdan bəri ən aktiv vulkanlardan birinə çevrilib.
Ağarza Elçinoğlu