Amerikanın Abrams tankını məhv edən rus əsgərinə vəd edilən 10 milyon rubl mükafat tezliklə göndəriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"15-ci Əlahiddə Motoatıcı Briqadanın oğlanlarını ilk Abrams tankını vurmaları münasibətilə təbrik edirik. Tezliklə qəhrəmanlara 10 milyon rubl göndəriləcək. Əla gün, ədalətli mükafat", - deyə rejissor İvan Oxlobıstin qeyd edib. 

Bundan əvvəl o, sözügedən tankı vuranlara 10 milyon rubl mükafat veriləcəyini açıqlamışdı. 

Ağarza Elçinoğlu