Kolumbiyanın Şimali Santander inzibati bölgəsindəki kütləvi məzarlıqda zibil torbalarında insan qalıqları aşkarlanıb.
"Unikal" xəbər verir ki, Kukuta şəhərinin mərkəzi qəbiristanlığında qazıntı aparan səlahiyyətlilər, kütləvi məzarlıq aşkar ediblər.
Araşdırmalar zamanı 4 min zibil torbasının içərisində 1086 nəfərin qalıqlarının olduğu müəyyən edilib. İtkin Şəxslərin Axtarış Bölməsi (UBPD) və Xüsusi Sülh Yurisdiksiyası (JEP) tərəfindən verilən açıqlamada, tapılan insan qalıqlarının "çox güman ki," münaqişə dövründə yoxa çıxan insanlara aid olduğu qeyd edilib.
Zərifə Nağıyeva