Avropa İttifaqı (Aİ) sanksiyalar tətbiq etməklə və Belarusdakı seçkilərlə bağlı bəyanatlar verməklə respublikanın daxili işlərinə qarışmağa uğursuz cəhd göstərir.
"Unikal" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
“Belarus Xarici İşlər Nazirliyi ölkəmizdə keçirilən seçkilərlə bağlı Avropa İttifaqı və ayrı-ayrı üzv ölkələrin oxşar bəyanatlarını öyrənib. Aİ Şurasının son qənaətləri və qeyri-qanuni sanksiyaların uzadılması qərarı nəzərə alınıb”, - deyə departamentin açıqlamasında bildirilir.
Nazirlik vurğulayıb ki, əvvəlcədən hazırlanmış nəticələrə malik bütün bu mətnlərdə yeni heç nə yoxdur və Minskin daxili işlərinə uğursuz müdaxilə cəhdləri kimi qiymətləndirilir.
Gülayə Mecid