Əfsanəvi rok musiqiçisi Freddi Merkyurinin Londondakı evi satışa çıxarılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Merkyurin tərəfindən 1980-ci ildə satın alınan mülk 36 milyon dollara hərraca çıxarılıb.
Mütəxəssis interyer memarı və dizayneri Robin Moore Ede ilə işləyən Merkyuri evi təmir edib, ən yaxşı materiallardan və şəxsi dizayn zövqündən istifadə edərək, özünün "Londonun mərkəzindəki kənd evi" adlandırdığı evi yaradıb.
Qeyd edək ki, britaniyalı bəstəkar və səsyazma prodüseri Freddi 1991-ci ildə QİÇS xəstəliyindən dünyasını dəyişib.