Fələstinin HƏMAS radikal hərəkatı Livanın cənubundan İsrailin şimalına iki yaylım atəşi açdığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı olan “Əl-Qəssam Briqadaları” teleqram kanallarında məlumat yayıb. 

Qeyd olunur ki, iki raket salvosu 40 Qrad raketindən ibarət olub.

Briqada İsrail ordusunun 769-cu Şərq briqadasının qərargahını və Beyt Hilaldakı hava limanının kazarmalarını vurduğunu bildirib.

Gülayə Mecid