Ermənistanla KTMT arasında münasibətlərdə heç bir dəyişiklik yoxdur.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sarqis Xandanyan deyib.
"Ermənistan bir ildir ki, KTMT-də iştirak etmir, ona görə də KTMT ilə münasibətlər həqiqətən də donub", - deputat qeyd edib.
Onun sözlərinə görə, KTMT ilə münasibətlərin dondurulması məsələsi hüquqi deyil, siyasi qiymətdir: "Söhbət siyasi iradədən getmir, bizi heç nə məhdudlaşdırmır və sabah KTMT-dən çıxmaqla bağlı qərarı verməliyiksə, o zaman həmin qərar veriləcək. Amma buna zamanın və vəziyyəti dəyərləndirərək qərar verilməlidir".
Ağarza Elçinoğlu