Tarix boyu öz hərəkətləri ilə hadisələrin gedişatını dəyişən insanlar çox olub.
"Unikal" qeyri-adi hadisələrlə tarixə düşən insanların həyat hekayələrini təqdim edir:
1. Çernobıl üçlüyü
1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayış atmosferə böyük miqdarda radiasiya yayaraq ekoloji fəlakətə səbəb olub. Mühəndis Aleksey Ananenko, böyük mühəndis Valeri Bespalov və növbə rəisi Boris Baranov kimi tanınan “ Çernobıl Üçlüyü” böyük bir vəzifə götürür, belə ki onlar könüllü olaraq reaktorun su basmış zirzəmisinə daxil olaraq klapanları əlləri ilə bağlayırlar. Üçlük yüksək radiasiya səviyyəsinə məruz qalacaqlarını bilsələr də, missiyanı qəbul edərək tarixə düşüblər.
2. Malala Yousafzai
1997-ci ildə Pakistanda anadan olan Malala Yousafzai pakistanlı insan haqları müdafiəçisidir və uzun müddət Talibanın anti-Qərb təhsil siyasətinə qarşı çıxan gənc qızların təhsilinin tərəfdarıdır. Taliban Malalanın yaşadığı ərazini 10 yaşında ikən nəzarətə götürüb və qızlara məktəbə getməyi qadağan edib. Bu vəziyyət qarşısında Malala təhsil hüququ olmadan yaşamaq məcburiyyətində qaldıqlarını izah edən bloqlar yazmağa və videolar çəkməyə başlayır. O, 2012-ci ildə Taliban silahlısı tərəfindən başından vurulur, lakin sağ qalır və bütün dünyada qızların inkişafı üçün aparıcı səs olmağa davam edir.
3. Stanislav Petrov
26 sentyabr 1983-cü ildə Amerika və Rusiya arasında soyuq müharibə baş verərkən Sovet İttifaqının Hava Hücumundan Müdafiə Qüvvələrində xidmət etmiş polkovnik-leytenant Stanislav Petrov bu müddət ərzində komanda mərkəzinin növbətçi zabiti olur. Sovet İttifaqının erkən xəbərdarlıq sistemi ABŞ-nin Sovet İttifaqına doğru 5 nüvə raketi atdığını göstərdi. Lakin bu xəbərdarlığın yalançı həyəcan siqnalı olub-olmadığı məlum deyildi. Petrov bu xəbərdarlıqla bağlı qərar verməli olub və bunu yalançı həyəcan elan edib. Bu qərar düzgün idi və beləliklə, iki ölkə arasında nüvə müharibəsinin qarşısını almış oldu.
4. Gino Strada
Strada 90-cı illərin əvvəllərində Beynəlxalq Qızıl Xaç Komitəsində döyüş cərrahı kimi işləməyə başlayan italiyalı həkimdir. 1994-cü ildən o, 20-dən çox ölkədə 11 milyondan çox insana tibbi və cərrahi yardım göstərmiş "Təcili yardım" tibbi yardım qrupunu təsis etmişdir.
5. Lex Valesa
Lex Valesa Soyuq Müharibə dövründə Polşada kommunist idarəçiliyinə son qoyulmasında rol oynamış polşalı fəal idi. 1980-ci ildə Valesa işçilərin müstəqil həmkarlar ittifaqı qura bilməsi üçün tətil təşkil etmiş və bununla da ilk müstəqil birlik olacaq həmrəylik hərəkatını başlatmışdır.
Zərifə Nağıyeva