Ermənistanın baş naziri Nikol Paşinyan SSRİ Nazirlər Sovetinin keçmiş sədri, Ermənistan Respublikasının Milli Qəhrəmanı Nikolay Rijkovun vəfatı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı teleqramı göndərib.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
"SSRİ Nazirlər Sovetinə rəhbərlik edən Nikolay Rijkov Ermənistanın Spitak şəhərində minlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılmasını əlaqələndirirdi. Bütün Ermənistan xalqı və şəxsən öz adımdan Nikolay Rijkovun ailəsinə və qohumlarına başsağlığı və dəstək sözlərini çatdırasınız", - teleqramda deyilir.
Ağarza Elçinoğlu