ABŞ-nin “PlanetRisk” şirkəti Rusiya prezidenti Vladimir Putinin telefon danışıqlarını izləməyə çalışıb.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın "Wall Street Journal" nəşri məlumat yayıb.
Bildirilir ki, 2016-cı ildə şirkət smartfonları kommersiya məlumatları vasitəsilə izləmək üçün nəzərdə tutulmuş "Locomotive" texnologiyasını hazırlayıb.
“Rusiya ilə bağlı bir sıra məlumatlar əldə edən komanda (PlanetRisk – red.) başa düşdü ki, onlar Putinin ətrafının telefon danışıqlarını izləyə bilərlər”, - məqalədə deyilir.
Telefon dinləmə cihazları Rusiya liderinə deyil, siyasi məsləhətçilərə, mühafizəçilərə, sürücülərə və digər işçilərə məxsus olub. Eyni zamanda, nəşrin yazdığına görə, onların telefonları sayəsində "PlanetRisk" şirkəti Putinin hara getdiyini və hansı mühitdə olduğunu bilirmiş.
Gülayə Mecid