İsrail artıq Qəzza zolağındakı müharibəyə təxminən 65 milyard dollar xərcləyib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail parlamentinin vitse-spikeri Yevgeni Sova “İzvestiya”ya müsahibəsində deyib.
"Bir çox insan işlərini tərk etdi, biznesini tərk etdi. Artıq müharibənin 136-cı günündə müharibənin ümumi xərcləri təxminən 250 milyard şekeldir, yəni hardasa 65 milyard dollar civarındadır. Pul haradan gələcək? Yaxşı sual. Bizdə bu pul var, biz onu büdcə kəsirini artıraraq alırıq”, - Sova bildirib.
İsrailin büdcəsinə əsas yük səfərbərlik idi. Parlamentin vitse-spikerinin fikrincə, ölkə iqtisadiyyatı növbəti ildə ciddi durğunluğa daxil ola bilər. Və bu, Təl-Əvivin ciddi hazırlaşdığı Livanla mümkün müharibənin xərclərini nəzərə almır.
Gülayə Mecid