"Ankara ölkədə ikinci Atom Elektrik Stansiyasının (AES) tikintisini “Rosatom”a həvalə etmək barədə siyasi qərar verib".

"Unikal" xəbər verir ki, bunu “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev deyib. 

Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  bu barədə qərar qəbul edib.

Məlumata görə, Türkiyədə tikilməkdə olan Akkuyu AES-in ilk reaktoru 2024-cü ildə işə salınacaq. Bu barədə Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar məlumat verib. İlkin olaraq Akkuyu AES-in ilk enerji blokunun işə salınması 2023-cü ilə planlaşdırılırdı. Bu, Türkiyədə ilk atom elektrik stansiyasıdır, obyektin tikintisi Rusiyanın “Rosatom” korporasiyası ilə birgə həyata keçirilir.