Zəngəzurdan keçən dəhlizə Rusiya Federasiyası FSB-nin sərhədçilərinin nəzarəti optimal qərar olardı. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti suverenlik, yurisdiksiya, bərabərlik və qarşılıqlılıq prinsiplərini rəhbər tutaraq regional kommunikasiyaların açılmasının tərəfdarı olub. 

Mətbuat katibinin sözlərinə görə, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupu çərçivəsində hərtərəfli müzakirə edilib, lakin hazırda proses erməni tərəfinin mövqeyinə görə dayanıb: "FSB sərhəd xidmətinin Meğri marşrutu üzərində nəzarəti nəzərdə tutan elanın mətləbinə gəlincə... Bu, hərəkətin optimal təşkili və qənaətcillik baxımından məntiqlidir. Rusiya sərhədçiləri artıq Sünik rayonunun cənubunda yerləşir, onlar Ermənistan və İran arasındakı sərhədi qoruyurlar". 

Diplomat Ermənistan hakimiyyətinin “Sülh yollarının kəsişməsi” layihəsini belə şərh edib: "Bu, Meqri və ya digər marşruta alternativ deyil. Əksinə, bu, regional və subregional kommunikasiyaların gələcəyinə dair daha geniş baxışdır".

Ağarza Elçinoğlu