"Delimitasiya və demarkasiya prosesi çox vaxt aparacaq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan deyib. 

Onun sözlərinə görə, əgər tərəflər öz prinsipial mövqeləri çərçivəsində qalsa və sənəd layihəsinin işi və məntiqi Alma-Ata bəyannaməsindən qaynaqlansa, 2-3 ay ərzində işin metodologiyasını ehtiva edən əsasnamə layihəsi əldə edilə bilər: "Metodologiya təsdiq edildikdən sonra delimitasiya və demarkasiya prosesi çox vaxt aparacaq, amma yenə də hamımıza nə etdiyimiz aydın olacaq. İndiki mərhələdə biz daha çox metodoloji təsviri ehtiva edən birgə fəaliyyətin tənzimlənməsini müzakirə edirik". 

Ağarza Elçinoğlu