"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan növbəti dəfə faktları təhrif edir".

"Unikal" xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib və Qriqoryanın Rusiya hərbçilərinin Ermənistanla sərhəd Nerkin Hand kəndi yaxınlığında olmasına baxmayaraq, Rusiya tərəfinin orada Azərbaycanla bağlı son insidentin qarşısını almır.

"Biz bu cür bəyanatları yalnız mənfi qiymətləndiririk. Bu, ilk dəfə deyil ki, Təhlükəsizlik Şurasının katibi Qərbdə kiməsə xoş gəlmək üçün faktları təhrif edir. Bəlkə də tənqid etmək üçün bəzi səbəblər tapa bilərik. Nerkin Hand ərazisində heç bir rusiyalı hərbçi yoxdur. Ermənistan tərəfi ilə razılaşmaya əsasən, 2021-ci ildə FSB [(yəni Rusiya Federal Təhlükəsizlik Xidməti)] sərhəd xidmətinin mövqeyi yerləşdirilib.

Amma eyni zamanda, indi bildiyimiz kimi, Ermənistanda təxribatların qarşısının alınması və sərhəd zonasında təmkinliliyin qorunması əmrinin icrası ilə bağlı araşdırma aparılır. Biz Rusiya sərhədçilərini aşağılamaq cəhdlərini əks nəticə hesab edirik, çünki onlar 30 il ərzində Ermənistan respublikasının sərhədlərini izləyirlər və onlara tələbat olduğunu dəfələrlə sübut ediblər.

Bizim sərhədçilərdən fərqli olaraq, Ermənistandakı saxta Aİ müşahidəçiləri orda olduqları işi görmürlər. Onların əsas məşğuliyyəti Rusiya və İrana qarşı kəşfiyyat fəaliyyətidir”, - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.