Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.

"Unikal" xəbər verir ki,bunu Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan deyib.

Buna səbəb kimi Rusiyanın televiziya yayımı standartlarını pozması göstərilib.

"Kütləvi kommunikasiyalar sahəsində əməkdaşlıq haqqında Rusiya ilə dövlətlərarası saziş yəqin ki, təkmilləşdirilməli və ya ona yenidən baxılmalıdır. İki ölkənin səlahiyyətli rəsmiləri arasında aparılan müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb", - deyə nazir vurğulayıb.

Nuranə Abbasova