Sumqayıtda ata oğluna kəsici alətlə xəsarət yetirib.
"Unikal" xəbər verir ki, hadisə BTZ bağlarında fərdi evlərdən birində qeydə alınıb.
Sumqayıt sakini - 1971-ci il təvəllüdlü Arzuman Əhmədov, oğlu - 1999-cu il təvəllüdl Məhəmmədəli Əhmədova mismarçıxaranla xəsarət yetirib.
1999-cu il şəxs (kişi cinsli) döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Onun hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi açılıb, Ə.Əhmədov saxlanılıb.