Naxçıvanın Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal" xəbər verir ki, məhkəməyə Tofiq Həsənov videokonfrans vasitəsilə qatılıb.
Məhkəmə Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə baş tutub.
İclasda şahidlər dindirilib. Tofiq Həsənovun vəkili Ələkbər Cəfərov məhkəmədə vəsatət qaldırıb.
Məhkəmə təqsirləndirilən şəxsin vəsatətini təmin etməyib.
Məhkəmə 18 mart 2024-cü il tarixinədək təxirə salınıb.
Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.