Gürcüstanın hakim partiyası LGBT təbliğatına qarşı qanun layihəsi hazırlayır.
"Unikal" xəbər verir ki, “Gürcü Arzusu”nun parlament fraksiyasının sədri Mamuka Mdinaradze bildirib ki, partiya psevdoliberal dəyərlərə, o cümlədən LGBT təbliğatına qarşı mübarizəyə dair qanun layihəsinin təşəbbüskarıdır.
Mdinaradze beynəlxalq araşdırmalara istinad edərək bildirib ki, “psevdoliberal ideologiyanın fəal şəkildə yayıldığı” bir sıra ölkələrdə 18-25 yaş arası insanların təxminən 20%-i qeyri-ənənəvi cinsi oriyentasiyaya malikdir.
"Parlament çoxluğu hesab edir ki, bu təbliğata fəal müqavimət göstərməli və qanunvericilik mexanizmlərindən istifadə etməlidir", - o əlavə edib.