Meksikada bəyin anası gəlinin üzərinə boya ataraq toyu pozmağa çalışıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qeyri-adi hadisə hər kəsin təəccübünə səbəb olub. Qadın  gəlinin oğlu ilə pula görə evləndiyini iddia edib.

Həmçinin, bəyin anası toy ərəfəsində qızı hədələyib, şənliyin ləğv olunmasını tələb edib. Ailə yaxınlarının sözlərinə görə, bəyin ailəsi oğlunun eyni dərəcədə imkanlı ailədən olan qızla evlənməsini istəyib.

Təhdidlərə baxmayaraq, mərasim bəyin anası, qardaşı və bacısı olmadan baş tutub.