Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.
"Unikal" xəbər verir ki, yığma Litvanın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Millimiz fevralın 28-də rəqibini məğlub edib - 35:33.
5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.
Qeyd edək ki, İspaniya 6 xalla liderdir. Şimali Makedoniyanın 4, yığmamızın 2 xalı xalı var. Sonuncu sıradakı Litvanın xalı yoxdur.