Fransa dünyada qadının hamiləliyini dayandırmaq (abort) hüququnun konstitusiyada təsbit edildiyi ilk ölkə oldu.

"Unikal" BFMTV-yə istinadən xəbər verir ki, bu qərarı martın 4-də Versal sarayında keçirilən qurultayda toplaşan respublika parlamenti təsdiqləyib.

1958-ci il konstitusiyasına belə bir maddə əlavə edilib: “Qadınların hamiləliyini könüllü şəkildə dayandırmaq hüququna qanunla təminat verilir”. Bu, müasir Fransanın təsis sənədinə edilən 25-ci və 2008-ci ildən bəri ilk düzəlişdir.

Maddənin konstitusiyaya daxil edilməsinin lehinə 780 deputat, əleyhinə isə 72 deputat səs verib.