ABŞ-nin Tennessi ştatında təyyarə qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, tək mühərrikli təyyarə I-40 hava limanında qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub. Neşvil polisi hadisəni təsdiqləyib. Lakin ölənlərin dəqiq sayı açıqlanmayıb.

Təyyarənin qəzaya uğramasına mühərrik problemlərinin səbəb ola biləcəyi güman edilir.

Zərifə Nağıyeva