ABŞ "Ənsar Allah" hərəkatının iki gəmi əleyhinə raketini vurub.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, CENTCOM ABŞ-nin ticarət gəmiləri və Hərbi Dəniz Qüvvələri üçün birbaşa təhdid törədən iki gəmi əleyhinə raketə zərbələr endirib.
Xatırladaq ki, martın 1-də ABŞ hərbçiləri husilərin gəmi əleyhinə raketlərinə iki zərbə endirib.