Avropa İttifaqı (Aİ) ABŞ-nin “Apple” şirkətini cərimələyib.

"Unikal" xəbər verir ki, Avropa İttifaqı Komissiyası "Apple"ın "AppStore" vasitəsilə "iPhone" və "iPad" istifadəçilərinə musiqi axını proqramlarının paylanması bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə, onu 1,8 milyard avro cərimələndiyini açıqlayıb.

"Apple"ın proqram tərtibatçılarının alternativ və daha ucuz musiqi abunə xidmətləri haqqında məlumat verməsinə məhdudiyyətlər qoyduğu aşkar edilib və bunun Avropa İttifaqı qaydalarına zidd olduğu qeyd edilib.

Zərifə Nağıyeva