Xəbər verdiyimiz kimi, fevralın 28-də azaraq Ermənistana keçən Azərbaycan Ordusunun əsgəri Ruslan Pənahov Vətənə qaytarılıb.

Hərbçinin atası bu barədə "Unikal"a açıqlamasında bildirdi ki, hazırda sevincinin həddi-hüdudu yoxdur.

"Allah Prezidentimizə kömək olsun, Vətənimizi qorusun! Hazırda çox sevinirik. Bir insanın ki, övladı düşmən əlindən öz ölkəsinə qayıda, bu sevincin həddi yoxdur", - Eldəniz Pənahov deyib. 

Ağarza Elçinoğlu