"Şəhid övladı istənilən məktəbi seçə bilər. Şəhid övladlarının istəyidirsə, özəl orta məktəblər bu uşaqları ödənişsiz oxutmalıdırlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

Deputat qeyd edib ki, bizdə bələdiyyələrin orta və ali məktəbləri yoxdur: "25 ildir bələdiyyələr yaranıblar, amma məktəbləri yoxdur".

Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov bununla bağlı bildirib ki, özəl ümumtəhsil müəssisələri sahibkarlıq subyektidir:

“Onlar yalnız öz imkanlarını qiymətləndirərək şəhid ailəsi üzvlərinin təhsil haqqından azad edilməsi qərarına gələ bilərlər".

Anar Kəlbiyev