Yeni Zelandiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Zoe Daun Kolson-Sinkler ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, görüş zamanı Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri müzakirə olunub və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.