Toplum TV-nin ofisində həyata keçirilən axtarışlar başa çatıb.
"Unikal" xəbər verir ki, Toplum TV-nin ofisi möhürlənib.
XXX
16:32
Sosial şəbəkələrdə "Toplum TV"nin ofisində axtarış aparılması barədə məlumat yayılıb.
DİN-in mətbuat xidmətindən "Unikal"ın sorğusuna bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
Əlavə məlumat veriləcək.
Murad İbrahimli