“Məhkum olunmuş şəxslərin islah edilməsi və onların cəmiyyətə qazanılması ilə vacib məsələlərdən biridir. Hazırda penitensiar sahədə müxtəlif istiqamətlər üzrə tədbirlər həyata keçirilir. Narahatçılıq yaradan məsələ isə təkrar cinayətkarlıq hallarındakı ciddi artım tendensiyasıdır. Hesab edirəm ki, məhkumların islah edilməsi, həm də onların azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasına dəstək ola biləcək ən mühüm amil əməklə məşğul olmasıdır. Məhkumlarla müvafiq peşə kursları keçirilir, onlar müxtəlif ictimai faydalı əməklə məşğuldurlar. İctimai faydalı əmək məhkumların islah edilməsinin əsas vasitələrdən biri olsa da, digər vasitələrdən ayrıca səmərəli ola bilməz”.

“Unikal” xəbər verir ki, bu barədə deputat Kamal Cəfərov Milli Məclisdə çıxışı zamanı deyib.

K.Cəfərov bildirib ki,  digər əsas islah vasitələrindən olan cəzaçəkmə müəssisələrində rejim, tərbiyə işi və sairə digər alətlərin effektiv tətbiqi üçün çəzaçəkmə müəssisələrinin əməkdaşları ilə məhkumların faiz nisbətini  uyğunlaşdırmaq lazımdır:

“Penitensiar Xidmətin rəhbərliyinin apardığı araşdırmaya əsasən azadlığa buraxılmış şəxslərin çox az faizi işə götürülür. İşə götürlənlər ən yaxşı halda ya restoranda ofisiant işləyir, ya da taksi sürücüsü kimi fəaliyyət göstərirlər. İş tapa bilməyənlər, sosial-iqtsadi vəziyyəti aşağı olanlar isə inteqrasiya oluna bilmirlər, əksinə cinayət törətməyə meyilli olurlar. Cəmiyyət azadlığa çıxmış şəxslərin həm inteqrasiya olunmasını arzulayır, həm də ən sadə işləri onlara qıymır, yaraşdırmır”. 

Deputat qeyd edib ki, bu məsələdə ictimai təfəkkürün dəyişməyin vaxtıdır:

“Bu sahədə həyata keçirilən tədbirlərin mahiyyətinə yeni baxış lazımdır”.