"Toplum TV"nin əməkdaşı Fərid İsmayılov barəsində də cinayət işi başlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.
Onun sözlərinə görə, Fərid İsmayılov barəsində də Cinayət Məcəlləsinin 206.3.2 -ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Bundan əlavə, "Toplum TV" ilə bağlı işdə Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əhmədova qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb.