"Nikosayağı" kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.

"Unikal" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

***09:25

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək və hökm oxunacağı gözlənilir.

"Unikal" xəbər verir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.

 Məhkəmə prosesi 09:30-da başlayacaq.

Azər İsrafilov