Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.
"Unikal" xəbər verir ki, 1/8 finalın ilk matçlarının ən yaxşısı adına 4 futbolçu namizəddir.
"Qarabağ"ın futbolçusu Olavio Juninyo da ən yaxşı adına iddiaçıdır. "Bayer"lə matçda (2:2) qol və assistə imza atan braziliyalı həftənin oyunçusu adına namizədlər sırasında yer alıb.
Onunla eyni siyahıda Pyer-Emerik Obameyanq ("Marsel"), Stefan Al-Şaravi ("Roma") və Darvin Nunyes ("Liverpul") yer alıblar. Həftənin oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.