“Qarabağ”ın əsas heyətinin əcnəbi futbolçuları Marko Veşoviç və Marko Yankoviç öz ölkələrinin - Monteneqronun milli komandasına dəvət alıblar.
"Unikal" xəbər verir ki, Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.
Qeyd edək ki, Monteneqro millisi martın 21-də Belarus, martın 25-də isə Şimali Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək.