Azərbaycan boksçusu Ümid Rüstəmov İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində ikinci qələbəsini qazanıb.
"Unikal" xəbər verir ki, 57 kiloqram çəkidə mübarizə aparan yığma üzvü 1/16 finalda Bakari Hassanı (Keniya) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Ü.Rüstəmov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
O, növbəti görüşünə martın 10-da çıxacaq. Boksçumuz 1/8 finalda tacikistanlı Asror Vohidovla üz-üzə gələcək.