Mingəçevirdə 37 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş əri saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qadının keçmiş əri, 1979-cu il təvəllüdlü Mirzəyev Ceyhun Ömər oğlu saxlanılıb.

xxx

20:04

Mingəçevirdə baş verən qətl hadisəsini mərhumun keçmiş həyat yoldaşı törədib.

Bu barədə “Unikal”a açıqlamasında hadisəni törətməkdə şübhəli bilinən Ceyhun Mirzəyevin bacısı Südabə Mirzəyeva söyləyib. Onun sözlərinə görə qətl olunan Aytən Məmmədova dayısı qızıdır: “Onların birgə nigahından iki oğlu var. Biri hərbi xidmətini təzə başa vurub, digəri isə nitq qüsurlu əlil uşaqdır. 

Mirzəyeva bildirib ki, qardaşı ilə xanımı çoxdan boşanıb: “Üstəlik hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəllər də məhkum olunub. Ailə boşandığı  üçün ayrı ünvanlarda yaşayıblar." 

Ehtiram Muradov

xxx

19:04

Minçəçevirdə 37 yaşlı qadının qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Energetiklər yaşayış massivinin Naxçıvan küçəsində yerləşən yataqxanalardan birində baş verib.  Qətl hadisəsinin ailə münaqişəsi zəmində baş verdiyi və qadının əri tərəfindən bıçaqlanaraq öldürüldüyü məlum olub. 

Onun saxlanması istiqamətində hüquq-mühafizə orqanları əməliyyat tədbirləri həyata keçirir. 

Ehtiram Muradov

xxx

18:06

Martın 10-da saat 17:30-da Mingəçevir şəhərində yerləşən evlərin birində 1987-ci il təvəllüdlü Məmmədova Aytən Sərvan qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.