Göygöldə 43 yaşlı kişi bıçaqlanıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində baş verib. Kənd sakini 1981-ci il təvəllüdlü Xəyal Əsgərov bıçaqlanma ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, Xəyal Əsgərov tanışı tərəfindən bıçaqlanıb. Onu bıçaqlayan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparlır.