9-10 mart tarixlərində ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.