Türkiyənin Antalya şəhərində keçiriləcək karate üzrə Premyer Liqa turnirində Azərbaycanın 8 təmsilçisi mübarizə aparacaq.
"Unikal" Dünya Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, reytinq yarışında Roman Heydərov katada bacarığını göstərməyə çalışacaq.
Kumitedə Fərid Savadov, Əminağa Quliyev (hər ikisi 60 kq) Tural Ağalarzadə (67 kq),Turqut Həsənov (84 kq), həmçinin Renata Ərəbli (61 kq), Mədinə Sadıqova (55 kq) və Fidan Teymurova (50 kq) mübarizə aparacaq.
Yarış martın 15-17-də təşkil olunacaq.