Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, ötən gün Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə yaşayan Allahverdiyev Yusif Xalıqverdi oğlu, Ağayev Coşqun Zakir oğlu, Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərlənib.
Onlar xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Şəbnəm Allahverdiyeva ölüb.
Araşdırma aparılır.