16-17 mart tarixlərində ölkə ərazisində qeydə alınan 129, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 111 nəfər saxlanılıb.