Qərbin Ermənistan sevgisi
21:50 15-05-2013
CƏMİYYƏT
Qərbin Ermənistan sevgisi
Fransa açıq dəstək siyasəti həyata keçirir
Ermənistana rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan fransalı həmkarı Loran Fabiusla görüşüb. XİN rəhbərləri ikitərəfli əməkdaşlığın sonrakı inkişafını müzakirə ediblər.Görüş zamanı tərəflər Ermənistan-Aİ, Ermənistanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi, Frankfoniya beynəlxalq təşkilatı çərçivəsində qarşılıqlı əlaqələrlə bağlı məsələlərə toxunublar.
Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransanın konstruktiv cəlb olunmasını yüksək qiymətləndirib, o cümlədən Ermənistanın ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə birlikdə Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə nizama salınmasında səyləri davam etdirməyə hazır olduğunu bildirib.Tərəflər qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional problemlərə toxunublar və İranın nüvə proqramı, Suriyada böhranın həlli məsələləri ətrafında fikir mübadiləsi aparıblar."Əslində bu görüşə sıradan bir görüş kimi də baxmaq olar. Amma məsələ burasındadır ki, son zamanlar Avropa ölkələrinin Ermənistana marağı həddindən artıq çox artıb. Ekspertlər hesab edir ki, bu gün qərbdən həm Ermənistana bir təsir,həm də bir dəstək müşahidə olunur. Maraqlıdır, bəs bunun əsas səbəbi nədir?Ekspertlər hesab edir ki, bu gün Ermənistan qərb üçün əlverişli bir məkana çevrilib. Çünki hazırda Rusiya məhz Ermənistan vasitəsi ilə regiona təsir imkanlarını artırır və bu gün bu ölkə Rusiyanın hərbi bazası rolunda çıxış edir. Rusiya Ermənistandakı hərbi bazasını bir neçə dəfə böyütdü və hazırda belə bir ideya müzakirə edilir ki, Rusiya hərbi birləşmələrinin böyük bir hissəsini Ermənistanda yerləşdirsin. Rusiya bu addımı atmaqla faktiki olaraq Azərbaycan və Gürcüstan üçün real təhlükəyə çevriləcək və bunun acı nəticələrinin olmasına heç kimdə şübhə yoxdur. Bundan başqa hazırda Ermənistan Ümumgömürük İttifaqına qoşulmağa hazırlaşır. Avropa isə açıq şəkildə bunun əleyhinədir və bildirilib ki, belə bir ittifaqın yaradılması sovetlər birliyinin bərpası kimi qəbul olunur və ittifaqa daxil olanlar Avropa ilə əlaqələrini kəsməli olacaqlar. Məhz bu arqumentə görə hazırda Avropa Ermənistana təzyiqləri artırmağa çalışır. Amma bununla yanaşı həm də erməni lobbisinin təsiri ilə Ermənistana əlavə güzəştlərdə edilir. Məsələn, Ermənistanda keçirilən seçkiləri əksər qərb təşkilatları demokratik hesab etdilər və Avropa Şurasının Ermənistana tətbiq etdiyi monitorinqi belə ləğv etmə təşəbbüsü ilə çıxış etdilər. Bundan başqa korrupsiyanın tüğyan etdiyi Ermənistan kimi bir ölkənin AŞPA Nazirlər Kabinetinə sədrlik etməsinə razılıq verildi. Ekspertlər hesab edir ki, hazırda erməni lobbisi bu imkanlardan istifadə edərək Dağlıq Qarabağ məsələsini də öz xeyrinə həll etməyə çalışır. Və bu məsələdə Fransanın açıq şəkildə dəstəyini alırlar. Bu ölkənin xarici işlər nazirinin səfərinin də kökündə məhz bu məqamlar durur. Çox qəribədir ki, bu gün Avropanın maraqlarına tam cavab verən, Rusiya ilə sərhədli əlaqələr saxlayan Azərbaycana qarşı isə Avropada təzyiqlər günbə-gün artır. Bunu da nəzərə alaq ki, qarşıdan prezident seçkiləri gəlir və məlum təzyiqlər daha da artacaq. Buna görə də ekspertlər hesab edir ki, Azərbaycan diplomatiyası yaxın aylar ərzində daha sayıq olmalı və erməni lobbisinin imkanlarını zəiflətməlidir.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22