Polis cəmiyyət münasibətləri
18:42 17-05-2013
CƏMİYYƏT
Polis cəmiyyət münasibətləri
Aqressiyanın əsas səbəbləri
Son zamanlar müxtəlif rayonlarda və elə Bakının özündə də lokal münaqişələr yaşanmaqda və bu münaqişələrin polislə qarşıdurma həddinə çatmasını müşahidə etməkdəyik. Burada maraqlı detalda məhz budur ki, öncələr toplum gərginliyə maraq göstərməsə də ,indi açıq şəkildə polislə üz-üzə gəlməyə maraq göstərir. Bundan başqa diqqəti cəlb edən başqa mühüm məsələ budur ki, son zamanlar ayrı-ayrılıqda vətəndaşların polis əməkdaşlarına müqavimət göstərdiklərinin şahidi oluruq.
Hətta bəzi hallarda polis əməkdaşlarının vəhşicəsinə döyülməsinin də şahidi olmuşuq. Maraqlıdır, hüquq-mühafizə orqanlarına qarşı belə bir aqressiyanın yaranması nə ilə tamamlana bilər? Gəlin bu suala cavab verməmişdən öncə baş verən son insidentə də diqqət yetirək. Belə ki, "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında polislə vətəndaşlar arasında qarşıdurma olub. Bir qrup şəxs Ədliyyə Nazirliyinə şikayət üçün müraciət edib. Əksəriyyəti qadınlar olan şəxslər nazirlikdən çıxdıqdan sonra marşrut avtobusuna miniblər. Amma "Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında polis əməkdaşları marşrut avtobusunu saxlatdırıb, şikayətçiləri yerə düşürüb. Şahidlərin verdiyi məlumata görə, polislər onlara "niyə şikayət edirsiz?" deyib. Bundan sonra vətəndaşlarla hüquq-mühafizə orqanı əməkdaşları arasında qarşıdurma olub. Qadınlar 27-ci polis bölməsinə aparılıb. Digər bir kişinin isə üzündən xəsarət aldığı bildirilir. Hüquq-mühafizə orqanının əməkdaşı açıqlamasında isə sakinlərin yolu kəsdiyini bildirib: "Tələblərinin nə olduğunu bilmirik. Saxlanılanlar var, amma dəqiq neçə nəfər olduğu aydınlaşacaq".İndi isə qayıdaq yuxarıda qoyduğumuz sualın cavabına. Ekspertlər bu məsələyə ayrı-ayrı şəkildə yanaşmağı məqsədəuyğun hesab edirlər. Kütləvi etirazlarda polisə müqavimət göstərmək məsələsi cəmiyyətdə aqressiyanın artması ilə izah edilir.Müşahidəçilər hesab edir ki, bu gün ən xırda bir məsələyə belə insanlar toplum şəkildə reaksiya verməyə çalışır. Bu isə özünümüdafiə instinktindən irəli gəlir. Belə halın yaranması isə həddindən artıq informasiya ilə yüklənmə və kənar təsirlərə alüdə olmaqla bağlıdır. Başqa bir tərəfdən isə son illər yerlərdə məmurlar cəmiyyətdən o qədər uzaqlaşıblar ki, nəticədə ortada ciddi bir uçurum yaranıb. Bunun məntiqi davamı olaraq demək olar ki, bütün yük hüquq-mühafizə sistemlərinin üzərinə düşür və cəmiyyətdə qarşısında məhz onları görür. Bu isə özlüyündə aqressiyanı günbə-gün artırır. Bundan başqa artıq bir ildən çoxdur ki, müəyyən siyasi qüvvələr ölkədə ümumilikdə psixoloji durumu dəyişməyə çalışırlar. Məqsəd isə cəmiyyətdə kütləvi itaətsizlik sindromunu yaratmaqdır. Məhz bunun təsiridir ki, istənilən proses başlayan kimi insanlarda kütləvi itaətsizliyə bir meyl yaranır. Amma bu bir neçə saat və ya gün davam edir və nəticədə proseslər yenə axarına düşür. Amma nəticədə mövcud hakimiyyət bir kənarda qalır və insanların diqqət mərkəzində polis durur. Ekspertlər hesab edir ki, polislərin fərdi olaraq təzyiqlərə məruz qalmasıda məhz bu amillə sıx bağlıdır. Buna görə də hesab edilir ki, əslində bu polis-cəmiyyət qarşıdurması yox, cəmiyyətdə ümumilikdə aqressiyanın artması kimi xarakterizə olunmalıdır. Adətən siyasi proseslər güclənəndə bu aqressiyada avtomatik olaraq pik həddə çata bilir.
Fuad
Digər Xəbərlər
2024-12-28 00:11:59
2024-12-27 23:41:11
2024-12-27 22:42:06
2024-12-27 22:20:34
2024-12-27 21:52:48
2024-12-27 20:53:38
2024-12-27 20:46:02
2024-12-27 20:24:40
2024-12-27 20:19:17
2024-12-27 20:00:32
2024-12-27 19:47:53
2024-12-27 19:39:18
2024-12-27 19:00:43
2024-12-27 18:53:06
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27