UEFA Azərbaycanın 11 klubuna maliyyə vəsaiti ayırıb.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ödəniş milli komandalarının heyətində Avropa çempionatının seçmə mərhələsi və UEFA Millətlər Liqasının oyunlarında çıxış etmiş futbolçulara görə edilib.
UEFA-nın ayırdığı 647 min 643 avro AFFA vasitəsilə klubların hesabına köçürülüb.
"Qarabağ" 219 min 540 avro, “Sabah” 135 min 383 avro, “Neftçi” 109 min 770 avro, “Qəbələ” 47 min 567 avro, “Zirə” 43 min 908 avro, “Səbail” 25 min 613 avro, “Araz-Naxçıvan” 21 min 954 avro, “Turan Tovuz” və "Sumqayıt" 14 min 636 avro, "Şamaxı" ilə "Kəpəz" isə 7 min 318 avro əldə ediblər.