"Fənərbaxça" futbol klubu Türkiyə Superkubokunda texniki məğlubiyyət verilib (3:0) və 4 milyon türk lirə məbləğində cərimə edilib.
"Unikal"ın məlumatına görə, bu barədə Türkiyənin Peşəkar Futbol İntizam Şurasının qərarında bildirilib.
Məlumata əsasən, həmçinin “Qalatasaray” klubu azarkeşlərinin meydanda baş verən insidentlər və şüarlara görə ümumilikdə 212 min türk lirası məbləğində cərimələnib.
Qərarda bildirilib ki, "Fənərbağça"nın oyunçularının meydandan çıxaran Ahmet Ketenci 60 günlük həbs və 520 min türk lirası dəyərində cərimə edilib.
Bu qərarlardan sonra 2022/23 Superkubokunun sahibinin "Qalatasaray" olduğu qeydə alınıb.