Dubayda aprelin 15-i axşamdan yağan yağışlar səngimir. Şəhərdə leysan yağışları səbəbindən yolları və metroları su basıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yerli hakimiyyət hava limanına çatmalı olanlara metrodan və ya alternativ yollardan istifadə etməyi tövsiyə edib.

Şəhərin bəzi ərazilərində suyun səviyyəsi o qədər qalxıb ki, sakinlər küçədən istifadə edə bilmirlər. Şəhərdə 17 reys təxirə salınıb, onların bir çoxu ləngiyib, bəziləri isə başqa hava limanlarına yönləndirilib.