Tbilisidə “xarici agentlər” haqqında qanuna etiraz olaraq keçirilən aksiyada polis 11 nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar.
Nəticədə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.