Fransadan yenə xəyanət
19:36 21-05-2013
CƏMİYYƏT
Fransadan yenə xəyanət
Hava limanı müzakirəsi davam edir
Son zamanlar Erənistan işğal etdiyi Dağlıq Qarabağ ərazisinə müxtəlif səfərlər təşkil etməkdədir. Öncələr bu səfərlərdə sadəcə əcnəbi vətəndaşlar və ya hansısa müğənnilər olurdusa, indi səfərlərin əsas iştirakçıları hansısa ölkələrin siyasiləri, hətta rəsmi şəxsləri də olur.
Məhz bu məqamı nəzərə alan Azərbaycan qanunvericilikdə bir sıra yeniliklər etməklə məsələyə sərt reaksiyasını ortaya qoydu. Belə ki, Azərbaycan ərazilərinə qeyri-qanuni olaraq səfər edən şəxslərə 5 il ərzində Azərbaycana hansısa formada gəlmək yasaq ediləcək. Bundan başqa Azərbaycan ərazisinə qeyri-qanuni şəkildə daxil olan şəxslər cinayət məsuliyyətinə cəb olunacaq. Azərbaycan tərəfinin qanunları birdən-birə belə sərtləşdirməsinin isə konkret səbəbləri var. Belə ki, Ermənistan Xankəndində hava limanını bərpa etdikdən sonra bu cür səfərlər təşkil etməklə beynəlxalq ictimaiətdən dəstək almağa çalışır. Çünki Azərbaycan tərəfi bəyan edib ki, hava limanı istifadəyə verilərsə Azərbaycan hətta hərbi yolla da olsa bunun qarşısını alacaq. Ermənistan isə buna görə çalışır ki, beynəlxalq təşkilatların gücü ilə Azərbaycana təzyiqi artırsın. Bunu da qeyd edək ki, artıq ATƏT-in Minsk qrupunun həmsədrləri bir dəfə bəyan ediblər ki, hava limanı dinc məqsədlər üçün istifadəyə verilə bilər. Amma Azərbaycan bu açıqlamanı da qəti şəkildə rədd etdi və məsələdə öz mövqeyində qaldı. Buna baxmayaraq hazırda ATƏT-in Minsk qrupu çərçivəsində hava limanı məsələsi yenə müzakirəyə çıxarılır. Bu arada isə növbəti zərbə Fransadan gəldi. Fransa parlamentinin üzvü Valeri Buaye ölkənin Xarici İşlər Nazirliyinə yazılı sorğu göndərərək Ermənistanla bu ölkənin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionu arasında hava əlaqəsinin bərpa olunmasının zəruriliyini vurğulayıb, Xocalı aeroportunun açılması ideyasını dəstəkləməyə çağırıb.Deputat sorğusunda Fransanın ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyini xatırladaraq İrəvanla Xankəndi arasında birbaşa hava əlaqəsinin yaradılmasına dəstək verməyi xahiş edib. Valeri Buaye nazirlikdən bu istiqamətdə atılacaq addımlarla bağlı məlumat verilməsini istəyib.Qeyd edək ki, Valeri Buaye qondarma “erməni soyqrımı” haqqında qanun layihəsinin təşəbbüskarıdır. O artıq üç dəfə bu qanun layihəsinin Fransa Milli Assambleyasının müzakirəsinə təqdim edib. Ekspertlər hesab edir ki, belə açıqlamaları bundan sonrada gözləmək olar. Çünki istər Avropada, istərsədə ABŞ-da erməni lobbisi ciddi işlər görür və bu gün qarşıda duran ən vacib məsələdə onlar üçün məhz hava limanının işə salınmasıdır. Bunu da qeyd edək ki, hazırda Ermənistan Avropa Şurasının Nazirlər Kabinetinə sədrlik edir və buda onlar üçün əlavə imkanlar yaradıb. Ekspertlər qeyd edir ki, buna görə də hələ ki, erməni lobbisi nəzarətində olan bəzi əcnəbi parlament üzvlərini hərəkətə gətiriblər ki, sonradan məsələnin müzakirəsini ümumiyyətlə Avropa Şurası həddinə qədər qaldıra bilsinlər. Bunu da qeyd edək ki, Azərbaycan tərəfi də hazırda gözləmə mövqeyində deyil və hava uçuşlarına nəzarət edən beynəlxalq təşkilatlarla müzakirələr aparılır. Hətta bir neçə nüfuzlu təşkilatlar rəsmi şəkildə bəyan ediblər ki, Azərbaycanın razılığı olmadan hər hansı bir uçuş həyata keçirilə bilinməz.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 12:17:57
2024-11-23 11:53:04
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00