Fransa paytaxtı Parisdə İran səfirliyinin konsulluq bölməsini bombalamaqla hədələyən şəxs psixi problemlərdən əziyyət çəkir.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyinə İslam Respublikasının Parisdəki diplomatik nümayəndəliyi məlumat verib.
Səfirliyin məlumatına görə, hücum edən şəxs daimi olaraq Fransada yaşayan iranlıdır. Həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkir və onda partlayıcı maddə olduğunu uydurub.
Onun özü danışıqlardan sonra könüllü konsulluq binasını tərk edib, bundan sonra Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Onun daha əvvəl diplomatik nümayəndəliyin binasının qarşısında təkər yandırdığı da məlum olub.
Nuranə Abbasova